Güney azərbaycanlı fəal Mehrdad Şeyxi saxlanılıb

Ərdəbil sakini olan güney azərbaycanlı fəal Mehrdad Şeyxi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

GünAz TV mətbuat mərkəzinə verilən məlumata görə, azərbaycanlı fəal noyabrın 21-də Ərdəbidə öz ata evində saxlanılıb.

Həmçinin bildirilir ki, təhlükəsizlik qüvvələri fəalın ata evinə vəhşicəsinə hücum çəkərək Şeyxi ailəsinin qorxması və narahatlığına səbəb olublar.

 

Fəalın saxlanmasından bir neçə gün keçməsinə baxmayaraq onun hansı səbəbdən yaxalandığı və harada saxlandığı barədə heç bir məlumat yoxdur.

Ötən günlərdə ölkədə benzinin bahalaşması ilə əlaqədar İran və Güney Azərbaycan şəhərlərində kütləvi etirazlar keçirildiyi zaman onlarla güneyli fəal saxlanılıb. Etiraz aksiyalarının geniş vüsət aldığına və hökumət tərəfindən internetin kəsildiyinə görə Azərbaycan şəhərlərində saxlanılan etirazçıların sayı və kimliyini müəyyənləşdirmək mümkün olmayıb, çox sayda fəalın təhlükəsizlik qüvvələri tərəfindən saxlandığı ehtimal olunur.