Bakıda aksiya: Saxlanılanlar var

Noyabrın 25-də bir qrup fəal qadınlara zorakılıq hallarına etiraz məqsədilə paytaxtın müxtəlif yerlərində aksiya keçirməyə cəhd edib.

Bu barədə AzadlıqRadiosuna məlumat verən gənc fəal Gülnarə Mehdiyeva bildirib ki, aksiya iştirakçılarının hər biri bir dövlət qurumunun qarşısında plakat qaldıraraq şəkil çəkdirməli idi.

Aksiya zamanı fəallar Rəbiyyə Məmmədova və Sənay Qəhrəmanlının saxlanıb, sonra da buraxıldığı söylənir.

“Aksiya Qadın Zorakılığı ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuşdu. Fəallar müxtəlif qurumların qarşısında plakat qaldırıblar. Şuarlar yox idi… ” – deyə, R. Məmmədova söyləyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

25 noyabr Qadın Zorakılığı ilə Beynəlxalq Mübarizə Günüdür.

BMT Baş Assambleyası 1999-cu ildən noyabrın 25-ni Qadın Zorakılığına ilə Beynəlxalq Mübarizə Günü elan edib.

 

Amerikanın Səsi