İlham Əliyevin çıxışına Müsavat başqanından sərt təpki

“İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyində onun qurucusu Rəsulzadənin, Müsavat hökumətinin adını çəkmir. Çıxışını atasının tərifinə onun sovet dövründə aldığı qırmızı bayraqlara həsr edir. Hamı satqındır, fəraridir, hamı qaçıb. AXC-Müsavat hakimiyyəti də, Xalq Cümhuriyyəti hakimiyyəti də idarə edə bilmirmiş, hətta bütün əvvəlki kommunist liderlər də yararsız, fərari olub. Bircə Əliyevlər qəhrəmandır, səriştəlidir”.

Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhisində yazıb. 

“Çıxışda yubiley mövzusunda bir kəlmə də yoxdur. Ancaq yalan, təkəbbür, nifrət. Bircə bu çıxışı dinləmək indiki hakimiyyətin mahiyyətini anlamaq, hansı dünyagörüşün sahibləri olduqlarını başa düşmək üçün kifayətdir” – deyə Arif Hacılı bildirib.

“Mən isə BDU-nun 100 illiyində onun və Azərbaycan dövlətinin qurucusu M.Ə.Rəsulzadəni məmnuniyyətlə anaraq, bütün Azərbaycan xalqını təbrik edirəm. Əminəm ki, çox da uzaqda olmayan bir gün həqiqət parlayacaq. BDU-nun adı onun qurucusuna, Azərbaycan Dövləti onun əsl sahibinə, Azərbaycan xalqına qaytarılacaq” – deyə, Müsavat başqanı vurğulayıb.

Basta