Vəzifəli şəxs işdən kənarlaşdırılıb

Noyabrın 25-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi Gündüz Qafarov tutduğu vəzifədən kənarlaşdırılıb. 

Bu barədə Turana Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda rəisin vəzifədən kənarlaşdırılmasının səbəbi xidməti fəaliyyətində yol verdiyi nöqsanlarla əlaqələndirilib.

DSX-dən həmçinin bildirilib ki, cari il ərzində xidmətlərində yol ver­dikləri nöqsanlara görə DSX-nin 55 hərbi qulluqçu sərhəd nəzarəti sahəsindən kənarlaşdırılıb. “Onlar dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qay­dalarının və vətəndaşların hü­quq­larının pozulması, onlara qarşı ko­budluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması nəticəsində işdən kənarlaşdırılıblar”