Rəşad Abbaslıya təxribat hazırlandığı deyilir

Haqq Ədalət Partiyasının (HƏP) Təşkilat Komitəsinin katibi Rəşad Abbaslıya təxribat hazırlandığı, onu həyati təhlükə gözlədiyi bildirilir.

Bu haqda Əli İnsanov özünün “Facebook” səhifəsində yazıb.

Əli İnsanov : ” İndicə aldıgım məlumata görə, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları, yaratmaq istədiyimiz HAQQ ƏDALƏT PARTİYASININ Təşkilat Komitəsinin katibi Rəşad Abbaslını mənimlə birlikdə apardıgımız mübarizədən uzaqlaşdırmaq məqsədi ilə həbs planı qurub, işgəncələrə məruz qoymagı planlaşdırırlar.

Mən, Azərbaycanda fəaliyyət göstərən bütün müxalif partiya və qurumları, ABŞ, Avropa Birliyi ölkələrinin Azərbaycandakı səfirliklərini bu anti-insani hərəkət planının gedişatını nəzarətdə saxlamaga çağırıram.”, -Əli İnsanov yazıb.

Bastainfo.com