Müsavatda fövqəladə toplantı

Bu gün Müsavat Partiyası başqanının yanında müavinlərin, müşavirlərin və Mərkəzi İcra Aparatının fövqəladə iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, iclasda parlamentin buraxılması təşəbbüsü və növbədənkənar parlament seçkiləri ilə bağlı məsələ müzakirə olunub. 

Müzakirələrdə qeyd edilib ki, Müsavat Partiyası Azərbaycan seçki islahatlarının həyata keçirilməsinin təklif edib. Bu təkliflər əvvəlcə sentyabr ayında Müsavat, AXCP və Real partiyalarının təmsilçilərinin iştirakı ilə keçirilən Dətirmi Masada ictimaiyyətə açıqlanıb. İslahat paketi həmçinin Müsavat Partiyasının qurultayında ictimaiyyətə açıqlanıb və müxalifətdə olan partiya sədrləri və ekspertlərin iştirakı ilə noyabrın 5-də keçirilən Dəyirmi Masada tərəflərin seçkilərlə bağlı ortaq müvqeyi kimi ictimaiyyətə açıqlanıb. 

Təkliflər sırasında proporsional seçki siteminin bərpası və seçki komissiyalarının formalaşdırılması qaydasının dəyişdirilməsi də var.

Çıxışlarda bu təkliflər nəzərə alınmaqla, seçki islahatlarının həyata keçirilməsi tələb olunub. 

Müşavirədə Arif Hacılı partiyanın qarşısında duran vəzifələrlə əlaqədar müvafiq tapşırıqlar verib.

На изображении может находиться: 10 человек, в том числе Cahangir Amirxan и Mübariz Bədirxanlı, люди сидят и в помещении

Noyabrın 5-də keçirilən Dəyirmi Masada qəbul edilən sənədi təqdim edirik:

“Azərbaycanda davamlı stabillyə, gerçək inkişafa nail olmaq üçün bir sıra islahatların həyata keçirilməsi, ilk növbədə hakimiyyət strukturlarının demokratik seçkilər vasitəsi ilə, xalqın iradəsi əsasında formalaşması zəruridir.

Azad və ədalətli seçkilər yalnız seçkiqabağı demokratik mühit, belə seçkilərin keçirilməsinə imkan verən seçki qanunvericiliyi, bərabərhüquqlu siyasi rəqabət şəraitində mümkündür.

Ölkədə yaxın gələcəkdə parlament və bələdiyyə seçkilərinin olacağını nəzərə alaraq, aşağıda qeyd olunan təxirəsalınmaz tədbirlərin həyata keçirilmməsini tələb edirik.

Fundamental insan hüquqları, o cümlədən sərbəst toplaşma, söz və ifadə azadlığı təmin edilsin;

Bərabərhüquqlu siyasi rəqabət şəraiti yaradılsın;

Bütün siyasi məhbuslar azad edilsin;

Zəruri seçki islahatları məqsədi ilə Ümumxalq Referendumu keçirilsin;

Proporsional seçki sistemi bərpa olunsun;

Seçki komissiyalarının tərkibi AŞ PA Venesiya Komissiyasının tövsiyəsi də nəzərə alınmaqla iddiaçı tərəflərin nümayəndələrindən ibarət, paritet əsaslarla formalaşdırılsın;

İlkin olaraq 2005-ci il Parlament Seçkilərinin qaydaları təkmilləşdirilməklə bərpa edilsin;

Bələdiyyələrə gerçək yerli özünüidarə səlahiyyətləri verilsin;

Şəhərlərin ümumi bələdiyyələri yaradılsın;

Şəhər bələdiyyə başqanları ümumi, birbaşa seçkilər vasitəsilə seçilsin”.

На изображении может находиться: 8 человек, люди сидят и в помещении

Basta