2020-ci ilin büdcə layihəsi qəbul olundu

Bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir. Modern.az xəbər verir ki, iclasda 22 məsələ müzakirəyə çıxarılıb.

İlk olaraq, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə baxılıb. Müzakirələrdən sonra “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.

Gələn ilin dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 894,7 milyon manat məbləğində müəyyən edilib.