Lökbatanda “Qarabağa azadlıq” mitinqi – Video

Bu gün, noyabrın 30-da Klassik Xalq Cəbhəsi Partiyasının da təmsil olunduğu Azərbaycan Xalq Hərəkatı Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazasında  “Qarabağa azadlıq” şüarı ilə mitinq keçirib.

Aksiyada çıxış edən KXCP sədri Mirmahmud Mirəlioğlu Qarabağ uğrunda keçirilən mitinqə qatılan hər kəsin qəhraman olduğunu qeyd edib. O, aksiyaya Bakıda yox, Lökbatanda yer verilməsini hakimiyyətin Qarabağ məsələsinə münasibətinin göstəricisi olduğunu bildirib.

Mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Meydan TV-nin mitinqdən yayımladığı videogörüntüləri təqdim edirik.

 Basta