Gömrükdə bir tona yaxın heroin tutulub

Azərbaycan gömrükçüləri noyabrın 30-da 933 kq 115 qram heroin tutub.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, narkotik vasitə Azərbaycan ərazisindən tranzit keçməklə İranın “Ensıye Izadkhah By Order Navıd Khan Mohammadı Commercıal” şirkətindən Ukraynada fəaliyyət göstərən “Bayramlar LTD” şirkətinə “kivi və nar” meyvə yükü aparan yük avtomobilində aşkar edilib.

Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında bildirilir.

Azərbaycan gömrükçüləri heroin tutub
Azərbaycan gömrükçüləri heroin tutub

DGK bildirir ki, heroin kivilərin qablaşdırıldığı bağlamalrdan tapılıb.

Xatırladaq ki, 5 gün əvvəl də gömrükçülər Azərbaycandan tranzit keçməklə 304 kiloqram heroinin Ukraynaya daşınmasının qarşısını alıb.