Müxalifət növbədənkənar seçkiləri birgə müzakirə edəcək

Dekabrın 3-də saat 15:00-da Müsavat Partiyasının qərargahında “Növbədənkənar seçkilər: İştirak yoxsa boykot” mövzusunda Dəyirmi Masa keçiriləcək. Bu haqda “Basta”ya Müsavat Partiyasından məlumat verilib.

Qeyd edək ki, ötən gün Müsavat başqanı Arif Hacılı tədbirə siyasi Partiyaların, ictimai təşkilatların rəhbərləri və seçki ekspertlərinin dəvət olunacağını bildirib.

“Biz, “əvvəl islahat, sonra seçki”- tələbini irəli sürmüşük. Seçki islahatları ilə bağlı təklifləri paketimiz ictimaiyyətə təqdim olunub. Bununla yanaşı, yaranmış hakimiyyət böhranı dövründə atacağımız addımların ümumi müzakirəsi vacibdir. Bu baxımdan indi keçiriləcək Dəyirmi Masada siyasi və ictimai təşkilatların daha geniş spektrinin iştirakını vacib sayıram” – deyə, Arif Hacılı özünün facebook səhifəsində yazıb.

Basta