Deyir İçərişəhər böyük bir restorandı…

Rəhman Bədəlov

Dünən İçərişəhərdə eşitdim ki, bir gənc yanındakı cavan qıza deyir: “Artıq İçərişəhər böyk bir restorandı”.

Sarsıldm.

Yadıma düşdü ki, 40-50 il əvvəl, bir rus həmkarımla İçərişəhəri gəzirdik. Həmkarım ağıllı idi, yəni turist deyidi, istehlakçı deyildi, dünyaya dərin marağı var idi. İçərişəhərdə adam az idi, ovqatı sakit idi, ətraf “mənəm-mənəm” demirdi. Həmkarım “İçərişəhər” sözünün mənasını soruşdu. Rus dilində «внутренний» dedim və əlavə etdim ki “сокровенный” mənasında.

Düşündük ki bu “сокровенный” mənasında “İçərişəhər”in olmağı çox vacibdi. O tayda, “bayır şəhərdə”, hay-küy, alış-veriş, vurnuxma, “mənəm-mənəm” dünyası, burada daxili sükut, daxıli dinclik, özünlə qarşılaşmaq imkanı.

İndi bura “böyük restoran”, hay-küy, al-ver, yalan, simasızıq, acgözlük.

Bildiyimə görə “сокровенный” sözü dilimizdə yoxdur, lüğət “daxili” kimi tərcümə edir. İnglis dilində bu mənanı verən bir neçə söz var: innermost, Internal, intimate, və s.

Təbii bu məna, bu duyğu bizim insanlarda da var, amma başqa “müdrik” kəlamlarımız – “beş günlük dünya, “bacarana baş qurban”, “soğan olsun, nağd olsun” bu duyğynu üstələyir. İçərişəhərin itirilməsi kimi.

Etiraf eləyim, son zamanlar gənc dostum Rəşad Şirinə paxıllıq edirəm, adı Şirin, dedikləri Şirin, yazdıqları Şirin. Dedikləri də, yazdıqları da dərindi, amma acılıq vermir onlara, əksinə məlhəm verir.

Məndə tam əksinə alınır, acılıq hopub düşüncələrimə, duyğularıma. Görünür məşhur Rus proletar yazıçının ləqəbini götürməliyəm.
Nə isə bu “İçərişəhər” yazıma da acılıq hopdu…

Yazı Rəhman Bədəlovun feysbuk səhifəsindən götürülüb.

Basta