Müxalifətdə seçki müzakirəsi: İştirak, yoxsa boykot? – Video

Bu gün, dekabrın 3-də Müsavat Partiyasının qərargahında “Növbədənkənar seçki: iştirak yoxsa boykot” mövzusunda Dəyirmi Masa keçirilib.

Jurnalistlər üçün açıq olan bu tədbirdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov,  AXCP sədrinin müavini Seymur Həzi, Real Partiyasının icraçı katibi Natiq Cəfərli, AXP sədri Pənah Hüseyn, “Turan” agentliyinin direktoru Mehman Əliyev, siyasi ekspertlər Hikmət Hacızadə, Oqtay QasımovArzu Səmədbəyli, professor Almaz Əliqızı və Müsavat Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı çıxış ediblər.

Müzakirələrdə qeyd edilib ki, Azərbaycanda azad və ədalətli seçki keçirilməsi üçün zəruri olun demokratik mühit yoxdur. Eyni zamanda siyasi partiyalar yaxın günlərdə seçkilərdə iştirak edib etməyəcəkləri ilə bağlı mövqelərini müəyyən etməlidirlər. Çıxışlarda həm seçkidə iştirak, həm də boykotla bağlı mümkün qərarların müsbət və mənfi tərəfləri təhlil edilib.

Müsavat Partiyasının sədri Arif Hacılı bildirib ki, müxalifət qüvvələrinin dairəsinin genişlənəcəyi istisna deyil,  çünki müzakirələr üçün açıqdır.

Onun sözlərinə görə, hakimiyyət yaxın aylarda seçki keçirməyə hazırlaşır, lakin seçkinin demokratikliyinin təmin edilməsi üçün heç bir islahat aparmayıb. A.Hacılının fikrincə, hakimiyyət seçkilər üçün normal şərait yaratmayaraq müxalifəti seçkini boykota məcbur edir.

Haqq  Ədalət Partiyasının rəhbəri Əli İnsanov hesab edir ki, bütün siyasi qüvvələr vahid mövqedən çıxış etməlidir. Normal şərait yaradılsa seçkilərdə iştirak etməyə dəyər və  müxalifətin qalib gəlmək şansı olar.

AXCP sədrinin müavini Seymur Həzi hesab edir ki,  onun partiyası seçkilərdə iştirakın əleyhinə deyil, eyni zamanda hesab edir ki, ən azı minimum şərtlər yerinə yetirilməlidir.

REAL partiyasının icraçı-katibi Natiq Cəfərli hesab edir ki, seçkilərdə iştirakın alternativi yoxdur, odur ki, xalqı kütləvi iştiraka cəlb etmək lazımdır.

“Hakimiyyətə gəlməyin yolu seçkilərdən keçir, ona görə də seçkilərdə iştirak vacibdir. Amma bundan sonra seçki komissiyaları, məcəllə dəyişməyəcək. Fevral-mart aylarında seçki baş tuta bilər”, – icra katibi bildirib.

N.Cəfərliyə görə, boykotun legitimliyə problem yaradacağı mümkün deyil, odur ki, xalqı seçkilərə hazırlamaq lazımdır: “Indi hakimiyyət istəyir ki, heç kim seçkilərə getməsin, rahat saxtalaşdırsınlar. Hamını seçkilərə cəlb etmək laızmdır, bunun başqa yolu yoxdur”, -N.Cəfərli vurğulayıb.

Ümumilikdə, çıxışçıların əksəriyyəti əlverişsiz seçki mühitinə, seçki komissiyalarına hakimiyyət tərəfindən nəzarətə, sərbəst toplaşmaq azadlığına qadağalara və digər məhdudiyyətlərə baxmayaraq, seçkilərdə iştirakı vacib hesab ediblər.

“Dəyirmi masa” iştirakçıları qarşıdakı parlament seçkiləri ilə bağlı hər bir siyasi qüvvənin mövqeyinin müəyyənləşdirilmək üçün məsləhətləşmələrin davam etdirilməsinə qərar veriblər. İlk növbədə, Venesiya Komissiyasının və digər strukturların tövsiyələri nəzərə alınaraq seçki qanunvericiliyinə dəyişikliklər müzakirə olunacaq və təklif ediləcək. Seçkilərdə iştirak etmək qərarına gələn partiyalar seçki komissiyalarının tərkibinə yenidən baxılmasına və hamı üçün bərabər şəraitin təmin olunmasına çalışacaqlar.

Qeyd edək ki, müxalifət partiyaları seçki islahatları ilə bağlı bir sıra təkliflər irəli sürüb. Bu təklifləri təqdim edirik:

“Azərbaycanda davamlı stabillyə, gerçək inkişafa nail olmaq üçün bir sıra islahatların həyata keçirilməsi, ilk növbədə hakimiyyət strukturlarının demokratik seçkilər vasitəsi ilə, xalqın iradəsi əsasında formalaşması zəruridir.

Azad və ədalətli seçkilər yalnız seçkiqabağı demokratik mühit, belə seçkilərin keçirilməsinə imkan verən seçki qanunvericiliyi, bərabərhüquqlu siyasi rəqabət şəraitində mümkündür.

Ölkədə yaxın gələcəkdə parlament və bələdiyyə seçkilərinin olacağını nəzərə alaraq, aşağıda qeyd olunan təxirəsalınmaz tədbirlərin həyata keçirilmməsini tələb edirik.

Fundamental insan hüquqları, o cümlədən sərbəst toplaşma, söz və ifadə azadlığı təmin edilsin;

Bərabərhüquqlu siyasi rəqabət şəraiti yaradılsın;

Bütün siyasi məhbuslar azad edilsin;

Zəruri seçki islahatları məqsədi ilə Ümumxalq Referendumu keçirilsin;

Proporsional seçki sistemi bərpa olunsun;

Parlament üzvlərinin sayı yarısı proporsional, yarısı mojaritar dairələrdən seçilməklə 201 nəfərədək artırılsın;

Seçki komissiyalarının tərkibi AŞ PA Venesiya Komissiyasının tövsiyəsi də nəzərə alınmaqla iddiaçı tərəflərin nümayəndələrindən ibarət, paritet əsaslarla formalaşdırılsın;

İlkin olaraq 2005-ci il Parlament Seçkilərinin qaydaları təkmilləşdirilməklə bərpa edilsin”.

На изображении может находиться: 5 человек, в том числе Arif Hacılı, люди сидят и в помещении

На изображении может находиться: 6 человек, в том числе Иса Гамбар, Arif Hacılı и Razim Əmiraslanli, люди сидят, стол и в помещении

На изображении может находиться: 6 человек, в том числе Arif Hacılı и Razim Əmiraslanli, люди сидят и в помещении

На изображении может находиться: 9 человек, в том числе Gülaga Aslanlı, люди сидят и в помещении

На изображении может находиться: 9 человек, люди сидят и в помещении

На изображении может находиться: 10 человек, в том числе Dadash Ahmadli, Agaseyid Huseynli, Arzulla Buludlu и Fizuli Veziroglu, люди сидят

На изображении может находиться: 7 человек, люди сидят и в помещении

Basta