Müsavat başqanı müxalifət partiyalarının sədrləri ilə görüşüb

“Bu gün ayrı-ayrılıqda AXCP sədri Əli Kərimli və REAL partiyasının sədri İlqar Məmmədovla görüşdüm”.

Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

O, qeyd edib ki, görüşlərdə növbədənkənar parlament seçkiləri müzakirə olunub.

“Çağdaş durum, növbədənkənar parlament seçkiləri, əməkdaşlıq imkanlarımız barədə maraqlı müzakirələrimiz oldu” – deyə, Müsavat başqanı bildirib.

Basta