Müsavat seçkidə iştiraka qərar verdi

Bu gün Müsavat Partiyası Məclisinin növbədənkənar sessiyası keçirilib. Sessiyanın gündəliyində əsas məsələ fevral ayının 9-na təyin olunan növbədənkənar parlament seçkiəri olub. 

Müsavat başqanı Arif Hacılı məsələ ilə bağlı çıxış edərək, saxta seçki yolu ilə formalaşan parlamentin buraxılmasının labüd olduğunu, lakin hakimiyyətin bu dəfə də demokratik seçki keçirəcəyinə cəmiyyətin inamının olmadığını bildirib. 

Müsavat başqanı seçkilərdə həm iştirakın, həm də boykotun öz üstün və mənfi tərəflərinin olduğunu deyərək, müxalifətin seçkilərdə eyni mövqedən çıxış etməsini vacib saydığını qeyd edib. Arif Hacılı bunun üçün Müsavat Partiyasının təşəbbüsü ilə Dəyirmi Masa keçirildiyini və müxalifət partiyalarının sədrləri ilə görüşərək məsləhətləşmər apardığını xatırladıb. 

Məsələ ilə bağlı Məclis üzvləri Əlikram Xurşidov, Nazim Azadoğlu, Seyran Rüstəmov, Azər Əsgər, Dünyaxanım Cərullayeva, Zakir ismayıl, Bakıxan Qəribli, Etibar Əkbər, Namiq Niftiyev, Ərzulla Buludov, Səxavət Soltanlı, Şakir Abbas, Haqverdi Haqverdili, Osman Kazımlı, Nemət Kərimli, Cahangir Əmirxanlı, Gülağa Aslanlı, İsa Qəmbər, Akif Bədirli.

На изображении может находиться: 5 человек, в том числе Razim Əmiraslanli, люди сидят, стол и в помещении

Çıxışçıların əksəriyyəti Müsavat Partiyasının parlament seçkilərinə qatılmasının və seçki dövründə cəmiyyətin siyasi proseslərə cəlb olunması üçün maksimum səy göstərməsinin tərəfdarı olduqlarını bildiriblər.

İsa Qəmbər qeyd edib ki, istənilən halda seçkilər, nə xalq hərəkatı yaratmaq istəyinlərin, nə də inqilabdan danışanların qarşısında əngəl ola bilməz. O, indiki mərhələdə Müsavat Partiyasının seçkiyə qatılmasının tərəfdarı olduğunu qeyd etməklə yanaşı, hadisələrin inkişafından asılı olaraq seçkilər ərəfəsində boykot təklifinə yenidən baxıla biləcəyini söyləyib.

На изображении может находиться: 11 человек, в том числе Чингиз Али и Cahangir Amirxan, свадьба, костюм и в помещении

Çıxışlardan sonra məsələ səsə qoyulub. Məclüs üzvlərinin əksəriyəti  Müsavat Partiyasının seçkilərdə iştirakına səs verib.

Qərarı təqdim edirik: 

Müsavat Partiyası Nizamnaməsinin 5.1. və 5.4. maddələrini, eləcə də Seçki Məcəlləsinin 53-cü maddəsini əsas tutaraq, Müsavat Partiyası 9 fevral 2020-ci il tarixə təyin olunmuş növbədənkənar Parlament seçkilərində namizədlərin öz təşəbbüsü ilə irəli sürülməsi şərti ilə bu seçkilərə qatılmağı məqsədəuyğun hesab edir. Müsavat Partiyası üzvlərinin namizədliyi irəli sürülərkən ərizədə Müsavat Partiyasının üzvü olması göstərilməsi əsas şərtdir.

Məclis həmçinin seçkilərlə bağlı qərarların qəbulu üçün Divana səlahiyyət verib.  

На изображении может находиться: 13 человек, в том числе Rasim Niftaliyev, Nemat Kerimli, Yadigar Mammadli и Чингиз Али, люди улыбаются, костюм, свадьба и в помещении

На изображении может находиться: 2 человека, в том числе Nushaba Sadixli, люди сидят и в помещении

На изображении может находиться: 17 человек, в том числе Niyazi Babalı, Zakir Ismayil, Namiq Niftiyev, Haqverdi Haqverdili, Fizuli Veziroglu, Nemet Orudjov, Dunyaxanim Cahan, Садик Абдуллаев, Azər Əsgər и Nizami Suleyman, люди сидят, люди стоят и в помещении

На изображении может находиться: 4 человека, в том числе Razim Əmiraslanli

На изображении может находиться: 12 человек, в том числе Cahangir Amirxan, Yadigar Mammadli, Седреддин Солтан, Yusif Namazoglu, Israfilov Elsad Vagif Oglu, Namiq Niftiyev, Zakir Ismayil и Haqverdi Haqverdili, костюм и в помещении

Mustafa Hacıbəyli

Basta