Müsavat başqanı Baha Mikayılovu təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı başqan müşaviri, Məclis üzvü Baha Mikayılovu 55 illik yubileyi münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir: 

“Hörmətli Baha bəy!

Sizi 55 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, işlərinizdə uğurlar arzulayıram.

Siz, 1988-ci ildə başlayan Azərbaycan Xalq Hərəkatının ilk günlərindən onun sıralarına qoşulmuş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin ön cərgələrində olmusunuz. Sonrakı illərdə də

Siz Azərbaycanda demokratik dövlət və azad cəmiyyətinin formalaşması üçün daim çalışmısız. Müsavat Partiyasının üzvü olaraq ölkədə demokratik hərəkatın genişlənməsində, azadlıq ideyalarının yayılmasında fəal iştirak etmisiniz. Siz uzun müddət Kürdəmir rayon təşkilatının sədri kimi təşkilatın idarə olunmasında, partiyanın fəaliyyətinin güclənməsin də böyük fədakarlıq göstərmisiniz.

Siz partiyanın iştirak etdiyi bütün seçkilərdə saxtakarlıqların qarşısının alınmasında mübarizlik göstərmisiniz və sonrakı proseslərdə üzləşdiyiniz repressiyalar zamanı nümayiş etdirdiyiniz cəsarət və əqidəyə sədaqətiniz xüsusi ilə təqdirəlayiqdir.Bu illər ərzində çox təqib və təzyiqlərlə üzləşsəniz də mübarizəni qətiyyətlə davam etdirmisiniz.Siyasi mübarizəniz nəticəsində bir neçə dəfə həbs olunmusunuz.

Siz Müsavat Partiyası Başqanının Müşaviri təyin olunduqdan sonra siyasi fəaliyyət dairəniz daha da genişlənib. Başqanın Müşavir kimi Müsavatın güclənməsi, təsir imkanlarının artması üçün öz qüvvə və bacarığınızı əsirgəmirsiniz.Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, səmimiyyətiniz və təvəzökarlığınız partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb.

Hörmətli, Baha bəy!

Sizi bir daha 55 llik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, apardığımız bu şərəfli mübarizədə uğurlar arzulayıram”.