Polis müxalifətçının ailə üzvlərini təqib edir

Müsavatın Sabunçu rayon təşkilatının üzvü Nazim Heydərov ötən parlament seçkilərindən dərhal sonra -2015-ci ilin noyabrın 17-də Azərbaycanı tərk edib.

Bu haqda redaksiyamıza Nazim Heydərovun atası Engels Heydərov məlumat verib. Məlumatda bildirilir ki, polis əməkdaşları evə gələrək Nazim Heydərovu axtarırlar.

“Seçkidə müxalifətin mitinqlərində iştirak etdiyi üçün polis onu nəzarətə götürmüşdü. Bir dəfə bölməyə aparıb döymüşdülər. İndi bunu qeydiyyata götürüblər, hər dəfə hardasa mitinq təyin olunanda, polis evimizə gəlib Nazimi axtarır. Elə bilirlər ki, biz onu gizlədirik. Bizə də ağzına gələni deyirlər, təhqir edirlər. Xahiş edirəm qəzetdə yazın ki, o keçən ildən məcbur olub ölkəni tərk etdi”, – deyə, Engels Heydərov bildirib.

Elman Məmmədov

 

Leave a Reply