Nardaranda yolun təzələnməsinə astronomik məbləğ ayrıldı – 17,4 milyon manat!

Ölkə başçısı İlham Əliyev “Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 17,4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Bizim şərh: Böhranın dərinləşməkdə olduğu indiki dövrdə 10 minə yaxın əhalisi olan Nardaran qəsəbəsinin yollarının təzələnməsinə büdcədən belə böyük məbləğdə vəsait ayrılması birmənalı qarşılanmayacaq. Əgər bu vəsait Nardaranda iş yerlərinin açılmasına, əhalinin sosial durumunun yaxşılaşmasına ayrılsa idi, cəmiyyət bunu anlayışla qarşılayardı. Yol tikisinə ayrılan vəsaitin adətən korrupsiya burulğanına düşdüyünü nəzərə alsaq, “Nardarana qayğı” bəhanəsi ilə atılan bu addımın əslində hansı məqsədə xidmət etdiyini anlamaq çətin deyil. 

basta2.com

One thought on “Nardaranda yolun təzələnməsinə astronomik məbləğ ayrıldı – 17,4 milyon manat!

Leave a Reply