“Qarabağ müharibəsində bir təcavüzkar var, o da Rusiyadır” – Yuşşenkodan Moskvaya sərt ittiham

“Narıncı inqilab”ın lideri, Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko bildirib ki, Qərb Ukraynanı pis vəziyyətdə qoydu və 1994-cü ildə imzalanmış Budapeşt memorandumuna baxmayaraq, Rusiyanın bizim dövlətin ərazi bütövlüyünü pozmasına imkan verdi.
Bu barədə o, “Qordon” nəşrinə müsahibəsində bildirib.
Bizim Ukrayna Partiyasının (“Naşa Ukraina”) lideri güman edir ki, məhz Qərb Ukraynanı aldadıb, çünki indi danışıqlar üçün elə şərait yaradılır ki, bu, ölkəyə Krımı geri qaytarmağa və Rusiya ilə hərbi münaqişə çərçivəsində hesablaşmağa imkan vermir.
Qərbin Ukraynaya maddi yardım göstərməyə çalışmasına və Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq, Yuşşenko hesab edir ki, əsas geosiyasi münaqişə bu şəkildə həll olunmur.
“Bu gün ən aktual geosiyasi məsələ hansıdır? Avropanın mərkəzində ölkənin ərazi bütövlüyü və suverenliyinin itirilməsi və müharibə. Hamı çoxdan əmin olub ki, Dağlıq Qarabağda, Abxaziyada, Dnestryanıda, Cənubi Osetiyada, Krımda, Donbasda təcavüzkar eynidir – Rusiya. Hər yerdə və hər tərəfdə yalnız Rusiya”, – deyə Ukraynanın keçmiş prezidenti bildirib.
“Postsovet məkanında Dağlıq Qarabağdan tutmuş Cənubi Osetiyaya qədər, heç bir münaqişədə Ukraynadakı vəziyyətdə nəzərdə tutulan mexanizmlər olmayıb. Ukraynadan başqa heç kimdə, nə Gürcüstanda, nə Azərbaycanda, nə də Moldovada belə zəmanətlər yox idi. Və ortaya nə çıxır? Bizim əlimizdə belə güclü alət ola-ola, biz münaqişənin nizamlanması üzrə Zaxarçenko və Plotnitski ilə “məsləhətləşmələr” aparırıq. Sizə elə gəlmir ki, oyun bir qapıya oynanılır?” – deyə Yuşşenko əlavə edib.
Report.az

Leave a Reply