Türkiyədə hökumətin istefası tələbilə etirazlar başladı
Çərşənbə axşamı səhər saatlarında türk valyutası ilk dəfə olaraq bir dollar 13 lirədən baha satılmağa başlayıb.
“Cumhuriyyet” xəbər verir ki, lirənin dollar qarşısında kəskin ucuzlaşmasından sonra Ankara və İstanbulda etiraz aksiyaları keçirilib. Yürüşlər zamanı etirazçılar qazan və tavaları döyüblər.
Etiraz aksiyaları çərşənbə axşamı axşam saatlarında başlayıb və paytaxtın müxtəlif rayonlarında və İstanbulda keçirilib. Ankarada polis aksiyalara müdaxilə etməyə çalışıb. “Cümhuriyyət” xəbər verir ki, mitinq iştirakçıları yaxınlıqdakı zolaqlara dağılıb, sonra yenidən yürüşə toplaşıblar.
Basta