Vəzirov bir canişin idi

 

Vəzirov hər şeydən əvvəl bir kommunist lideri idi. Rusiyanın o dönəmdə Azərbaycandakı canişini idi.

 

20 yanvar qırğınına ğorə məsuliyyətə cəlb olunmalı idi. 20 yanvarda hətta Elmira Qafarova rus ordusunun Azərbaycanda törətdiyi qətliama etiraz etmişdi, amma Vəzirov yox.
Hadisədən illər keçdikdən sonra, guya Vəzirovun da 20 Yanvar qətliamına etiraz etdiyi barədə yazılar yazıldı. Amma bu sayılmır. Vaxtında etiraz etməli idi, bunu duyurmalı idi.

 

Deyirlər, Vəzirov 20 yanvardan iki gün əvvəl vəzifədən çıxarılıb. Ona qalsa, Nazarbayev də rus-tacik-erməni qoşununu Qazaxıstana çağırmadan 2 gün əvvəl “vəzifədən çıxarıldı”.

 

Bunların hamısı Kremlin texnologiyalarıdır.

 

Ləyaqətli insan işğalçı, düşmən ölkənin yerli canişini olmağa heç vaxt razılaşmaz. Vəzirov canişinlərdən sadəcə biridir. Kremlin ən sadiq canişini Əliyev olub. Amma elə bir məqam olub ki, Kreml hətta Əliyevdən daha çox Vəzirova güvənib. Düşmən ona güvənibsə, deməli buna əsas olub.

 

Ona görə heç kim Vəzirovdan qəhrəman düzəltməsin.

 

P.S. Bütün azərbaycanlılar Ermənistandan qovulandan sonra erməniləri Qarabağa, Bakıya, Azərbaycanın hər yerinə qaytaran Vəzirov idi.
“Gözün aydın Azərbaycan xalqı ermənilər qayıdır” Vəzirovun ən populyar deyimi idi.

 

P.P.S.Rus tankları Bakıya ilk 1988 ci ildə Vəzirovun mütləq hakimiyyəti dövründə çağrılıb. Dinc, oturaq mitinq dekabrın 5 də dağıdılıb. Yüzlərlə həbs, o cümlədən Elçibəy həbs olunmuşdu.

 

Mustafa Hacıbəyli