TIR sürücüləri Bakıda mərkəzi yolu bağladılar

Fevralın 17-də səhər dörd yük avtomobilinin sürücüləri Heydər Əliyev prospektini bağlayıblar, nəticədə Bakının ən böyük avtomobil magistralında tıxac yaranıb.

 

Sürücülər Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən onlara icazə sənədlərinin verilməməsinə etiraz ediblər.

 

Maşınlardan birinin üstündə yazılıb: “Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyat Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev, icazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir, müflis olmuşuq”.

 

Bir müddət sonra Dövlət Yol Polisinin həyata keçirdiyi tədbirlər  nəticəsində yol açılıb.

 

Turan