Azərbaycan Livana yardım ayırıb

Azərbaycan Livana 1 mln. dollar məbləğində yardım ayırıb. Müvafiq sərəncamı Azərbaycanın baş naziri Əli Əsədov imzalayıb.

Göstərilən məbləğ 2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan ayrılacaq.

Yardım avqustun 3-də Beyrut limanında baş vermiş partlayışın nəticələrinin aradan qaldırılmasında Livanın humanitar ehtiyaclarını nəzərə alaraq ayrılıb.

Son məlumatlara görə, faciə zamanı ən azı 137 nəfər həlak olub, 5 mindən çox adam yaralanıb.

Basta