ABŞ Konqresi Ukraynaya 40 milyard dollarlıq  yardım paketini təsdiqlədi

 

 

Birləşmiş Ştatlar Ukraynaya ümumi məbləği təxminən 40 milyard dollar olan irimiqyaslı yardım paketini təsdiqləyib.

 

Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının iclası zamanı məlum olub.

 

Amerikalı siyasətçi Çak Şumerin sözlərinə görə, Nümayəndələr Palatası Ukraynaya yardım paketini təsdiqləyib, indi Senat onu təsdiqləmək üçün “cəld hərəkətə keçəcək” və imza üçün ABŞ prezidenti Co Baydenə göndərəcək.

 

Qeyd olunur ki, sənəddə prezidentin səlahiyyətlərinin maliyyələşdirilməsinin 11 milyard dollara qədər artırılması nəzərdə tutulur. Belə bir qərar Bayden administrasiyasına ABŞ ehtiyatlarından hərbi texnika və silah göndərməyə imkan verəcək ki, bu da Ukraynaya hərbi texnikanın sürətlə tədarükünün əsas yollarından biridir.

 

Bu məqsədlər üçün Bayden Konqresdən 33 milyard dollar istəyib, lakin qanunvericilər hərbi yardım üçün daha 3,4 milyard dollar, humanitar məsələlər üçün isə eyni məbləği ayırmaq qərarına gəliblər.

 

Basta