“Tarixi saxtalaşdıraraq yüksəlmək mümkün deyil”

Səxavət Soltanlı, Müsavat başqanının müavini

 

1918 də yoxdan Azərbaycan adlı dövlət quran insanların və 28 mayın önəmini azaltmaq cəhdləri səbəbsiz deyil.

Dövlət başçısı səviyyəsində dövlətin yarandığı günün, dövləti yaradan şəxslərin əhəmiyyətini azaltmaq üçün həqiqət olmayan fikirlər səsləndirmək ən azı müasir Azərbaycanın qurucusu olmağa iddialardan doğa bilər.

Təsadüfən bu kimi çıxışlarda Heydər Əliyevin adı çəkilmir. Burada da məqsədlərdən biri Rəsulzadə və silahdaşlarına qarşı haqsızlıqlarla barışmayan, müsavatçılıq ideyalarının daşıyıcılarının Heydər Əliyev haqqında da müxtəlif dövrlərdə “torpaq vermə” ittihamlarının səslənməsinə nail olmaq ola bilər.

Beləliklə, “torpaq verməyən”, hakimiyyəti dövründə torpaqların işğaldan azad olunmasına nail olan yeganə ölkə başçısı olmasını alt şurlara yeritməyə nail olmaq istəyir.

Məqsəd budursa, taktika səhvdir.

Xalqın sevdiklərini, dövləti quranları aşağılayaraq, tarixi saxtalaşdıraraq yüksəliş mümkün deyil. Azərbaycan xalqının gözündə yüksəlmək üçün onun dəyərlərinə, sevdiklərinə hörmət və ehtiram göstərmək lazımdır.
Rəsulzadə və silahdaşları indiki Azərbaycandan daha böyük ərazidə dövlət elan etmişdilər.