Müsavat Operativ Qərargaha sorğu göndərəcək

İyunun 13-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Toplantıda əvvəlcə partiyanın Bərdə, Göyçay və İmişli rayon təşkilatlarında keçirilən hesabat-seçki iclasları barədə məlumat dinlənilib.

Partiya başqanı Arif Hacılı və onun müavini Səxavət Soltanlının Avropa Liberallar və Demokratlar İttifaqının (ALDE) İrlandiyanın Dublin şəhərində keçirilən konqresində iştirakı, eləcə də  Türkiyəyə  səfəri və keçirdikləri rəsmi görüşlər barədə məlumat verilib. Müsavatın beynəlxalq təşkilatlarla və siyasi partiyalarla əlaqələrinin daha da genişlənməsi məqsədəuyğun sayılıb.

Koronavirus pandemiyanın artıq başa çatmasına baxmayaraq Azərbaycanın quru sərhədlərinin açılmamaması, ölkə daxilində dəmiryol xətlərinin açılmaması pislənilib. Bu iki məsələ ilə bağlı partiya adından Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha rəsmi sorğu ilə müraciət edilməsi və bu məhdudiyyətlərin aradan qaldırılmamasının səbəbi ilə izahat tələb olunması barədə qərar qəbul edilib.

Qarabağda və Azərbaycan-Ermənistan sərhədində son durum, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.

Basta