Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Cek Sallivan özünün tviter hesabında yazıb.
“Bu gün Hikmət Hacıyev və Armen Qriqoryanın birbaşa və konstruktiv danışıqlar aparması üçün ev sahibliyi etdik. Biz növbəti zorakılığın qarşısının alınmasının və operativ, məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz, həmçinin sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik”, – deyə Ceyk Sallivan qeyd edib.