Bayden: ABŞ Ukraynaya öz ərazilərini qaytarmağa kömək edəcək
Birləşmiş Ştatlar Ukraynanın Rusiyanın zəbt etdiyi ərazilərə nəzarəti bərpa etmək səylərini dəstəkləməyə davam edəcək.
Ağ Ev xəbər verir ki, ABŞ prezidenti Co Bayden Rusiyanın sentyabrın 30-da Ukraynanın bir hissəsini ilhaq etmək cəhdlərinə belə reaksiya verib.
Bayden vurğulayıb ki, ABŞ bu gün Rusiyanın suveren Ukrayna ərazilərini ilhaq etmək cəhdini pisləyir.
“Rusiya beynəlxalq hüququ pozur, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozur və hər yerdə sülhsevər xalqlara hörmətsizlik nümayiş etdirir. Çaşmayın: bu hərəkətlərin legitimliyi yoxdur. Birləşmiş Ştatlar Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə həmişə hörmətlə yanaşacaq. Biz Ukraynanın öz ərazisi üzərində nəzarəti bərpa etmək səylərini hərbi və diplomatik cəhətdən dəstəkləməyə davam edəcəyik ”, – deyə Co Bayden bildirib.
O vurğulayıb ki, ilhaq cəhdlərinə cavab olaraq ABŞ müttəfiqləri və tərəfdaşları ilə birlikdə bu gün yeni sanksiyalar elan edir.