ABŞ taxıl sövdələşməsini xilas etdiyinə görə Türkiyəyə təşəkkür edir
Çərşənbə günü Vaşinqton Türkiyəyə Qaradəniz taxıl təşəbbüsünün bərpası üzrə səylərinə görə təşəkkür edib, bu barədə Turan-ın ABŞ-dakı müxbiri məlumat verib.
Dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ilə söhbət zamanı ona minnətdarlığını bildirib.
Elə həmin gün Rusiya şənbə günü çıxdığı Qaradəniz taxıl təşəbbüsündə iştirakını bərpa edəcəyini bildirib.
“Biz BMT Baş Katibinin, habelə Türkiyəli müttəfiqlərimizin səyləri sayəsində Qaradəniz taxıl təşəbbüsünün bərpa ediləcəyini alqışlayırıq”, deyə Dövlət Departamentinin mətbuat katibi Ned Prays brifinqdə bildirib.
Taxıl daşıyan 420 gəmi avqustun 1-də Ukraynanın Qaradəniz limanlarından çıxıb. Bu, 10 milyon tona yaxın taxıldır, bunun üçdə ikisi inkişaf etməkdə olan ölkələrə gedib, beşdə biri az inkişaf etmiş dünya ölkələrinin payına düşüb.