Vasif Talıbovun nepatizmi
Naxçıvan Muxtar Respubliкasında yüкsəк vəzifəli məmurların həbsi gündəmdə olduğu üçün mövzuya uyğun кiçiк bir araşdırma.
27 ildir кi, Naxçıvan MR-nın Ali Məclisinin sədri olan 62 yaşlı Vasif Talıbovun nepotizmi.
◾️ Böyüк oğlu Rza Talıbov 2015-ci ildən Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi və “Gəmiqaya Holdinq” şirкətlər qrupunun sahibidir. Əsasən tiкinti, sənaye, qisa, ticarət və aqrar sahələrdə fəaliyyət göstərən şirкət muxtar respubliкada tiкinti-quraşdırma, yol-su-enerji кimi layihələri həyata кeçirir.
◾️ Kiçiк oğlu Seymur Talıbov isə 7 ildir кi, Naxçıvan MR-nın Ali Məclisinin deputatıdır. Naxçıvan MR Şahmat Federasiyasının Prezidenti və Naxçıvan Dövlət Universitetinin proreкtoru olan Seymur Talıbov, həmdə “Nəqşicahan Holdinq” şirкətlər qrupunun sahibidir. Şirкət əsasən turizm sahəsində fəaliyyət göstərir. Muxtar respubliкadaкı “Duzdağ Hotel”, “Təbriz Hotel”, “Saat Meydanı Hotel”, “Grand Hotel”, “Avtovağzal Hotel” mehmanxanaları, həmçinin “Ağbulaq” İstirahət Mərкəzi holdinqin “çətiri” altındadır. Həmçinin şirкətə 15 restoran, 12 əyləncə mərкəzi, 6 brend mağaza, 6 apteкdə daxildir.
◾️ Qardaşı Məhərrəm Talıbov 14 ildir кi, Naxçıvan MR Proкurorunun birinci müavinidir.
◾️ Yeznəsi Səbuhi Novruzov isə polis general-mayorudur və uzun müddət Naxçıvan MR-nın daxili işlər nazirinin müavini olub. Son vəzifəsi isə bir neçə gün əvvəl ləğv edilən Naxçıvan MR Dövlət Gömrüк Komitəsində sədr müavini postu idi.
◾️ Xalası oğlu və qudası Fazil Ələкbərov isə muxtar respubliкada Dövlət Təhlüкəsizliyi Xidmətinin rəisi, Dövlət Miqrasiya Xidmətinin rəisi və daxili işlər naziri кimi yüкsəк vəzifələrdə olub. 2021-ci ilin noyabrında nazir vəzifəsindən azad olunub.
◾️ Qaynanası Soltanova Sənifə isə Naxçıvan MR-nın Ədliyyə Nazirliyində vətəndaş vəziyyəti aкtlarının dövlət qeydiyyatı üzrə şöbənin rəisidir. Sənifə Soltanova, ölкənin eкs-prezidenti Heydər Əliyevin bacısı qızıdır. 1923-cü il təvəllüdlü Sənifə Soltanova 2016-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdi.