Gültəkin Hacıbəyli sərbəst buraxılıb

Bakı hava limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilən Gültəkin Hacıbəyli Nəsimi Rayon Məhkəməsinə gətirilib. Onun ifadəsi alınaraq sərbəst buraxılıb.

Bu barədə APA məlumat yayıb.

Daha əvvəl yayılan məlumata görə, sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli saxlanılıb.

Sosial şəbəkədə yayılan məlumata görə , o, xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında tutulub.

Bildirilir ki, ötən ay G.Hacıbəylidən Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə şikayət olunub. Onun barəsində xüsusi ittiham qaydasında cinayət işi açılıb.

Şikayətçinin kimliyi açıqlanmır.

Milli Şuranın və Müsavat partiyasının üzvü Tofiq Yaqublu Gültəkin Hacıbəylinin saxlanılmasının siyasi motivli olduğunu bildirib.

Basta