Həbsdə olan güneyli rejissor Cəfər Pənahininin durumu ağırlaşıb
İran kinorejissorlarının əsas həmkarlar ittifaqı olan “Xane-ye Sinema” İran hakimiyyətini ötən ilin iyulundan həbsdə olan güney azərbaycanlı rejissor Cəfər Pənahini azad etməyə çağırıb.
Müraciətdə rejissorun sərbəst buraxılması üçün kifayət qədər hüquqi əsasların olması ilə yanaşı, həmçinin rejissorun fiziki vəziyyətinin ağırlaşmasına və xəstəliyinə diqqət yetirilməsi zərurəti qeyd olunub.
Qeyd edək ki, İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Güney azərbaycanlı Cəfər Pənahi iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Kinorejissor və ssenarist, İran kinematoqrafiyasının yeni dalğa nümayəndələri arasında ən tanınmış şəxslərdən biri olan Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub.
Gunaz TV