“D18” hərəkatının fəalları həbs edildi
Bəxtiyar Hacıyevin müdafiəsi ilə bağlı fevralın 20-də keçirilən aksiyanın iki iştirakçısı saxlanılıb
Dünən Bakı Apellyasiya Məhkəməsinin binası qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları Samir Sultanov, Afiyəddin Məmmədov fevralın 21-də Yasamal məhkəməsi tərəfindən inzibati qaydada 30 sutka müddətinə həbs ediliblər. Bu barədə Turan-a onların vəkili Zibeydə Sadıqova məlumat verib.
Onun sözlərinə görə, hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələblərinə müqavimət göstərmə) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilinib. Məhkəmədə onlar dinc etiraz aksiyası keçirdiklərini və müqavimət göstərmədiklərini bildirərək ittihamları rədd ediblər.
Xatırladaq ki, D-18 hərəkatının üzvü olan 5 gənc Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə Apellyasiya Məhkəməsi qarşısında aksiya keçirib. Hamısı saxlanılıb, bəziləri eyni gündə buraxılıb.