Zəlzələdə ölənlərin sayı 44 218 nəfərə çatıb
Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində ölənlərin ümumi sayı 44 218 nəfərə çatıb. Bu barədə Türkiyə Fövqəladə Hallar Agentliyi AFAD-ın fevralın 24-də axşam yaydığı məlumatda deyilir.
“Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində ümumilikdə 44 218 vətəndaş həyatını itirib.
19 gün ərzində fəlakət zonasında üç güclü zəlzələ və 9000 afterşok baş verib. Təbii fəlakət zonasından 528 146 nəfər təxliyə edilib”, – məlumatda deyilir.