COVİD-19-a 137 yeni yoluxma faktı qeydə alınıb
Ötən gün Azərbaycanda koronavirus infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, bu barədə cümə axşamı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Ötən gün ərzində 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, iki nəfər vəfat edib.
İndiyədək Azərbaycanda ümumilikdə 35 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 364 nəfər müalicə olunaraq sağalıb, 524 nəfər vəfat edib, müalicəsi davam edən aktiv xəstə sayı 1956 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 422, ötən müddət ərzində isə ümumilikdə 898 492 test aparılıb.