Türkiyə Ermənistan üzərində qələbə qazandı

Futbol üzrə 2024-cü ilin Avrupa Çempionatının seçmə oyunları çərçivəsində Türkiyə millisi Yerevanda Ermənistan komandasını 2:1 hesabı ilə məğlub etdi.

Türkiyəyə galibiyyət gətirən golları 34-cü dəqiqədə Orkun Kökçü və 64-cü dəqiqədə Kərəm Aktürkoğlu vurublar. Ev sahibi Ermənistanın hesabına yazılan tək gol isə 10-cu dəqiqdə Ozan Kabakın vurduğu talesiz avtoqol olub.

https://www.youtube.com/watch?v=8NJC8LBMftM

***

Türkiyənin milli komandası 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində D qrupunun ilk oyununda Ermənistanla qarşılaşacaq. Oyun bu axşam Yerevanın Respublika stadionunda Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Oyun TRT 1 kanalında canlı yayımlanacaq.

Oyunu ispaniyalı hakim Xose Mariya Sançes idarə edəcək.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Ermənistan: Buçnev, Ovannisyan, Haroyan, Voskanyan, Kalisir, Barseqyan, Spertsyan, Bayramyan, Şaqoyan, Zelarayan, Adamyan

Türkiyə: Mert, Zeki, Merih, Samet (Ozan), Çağlar, Ferdi, Cengiz, Orkun, Hakan, Cenk (Kerem), Enes

Qrupun digər oyununda Xorvatiya Uelslə qarşılaşacaq.

Basta