Ukrayna kəşfiyyatçıları Krıma girdi

Krımın qərb hissəsində döyüşlər başlayıb. 

Ukrayna Baş Kəşfiyyat İdarəsinin  bölmələri Krıma enib, bu haqda  idarənin rəsmi nümayəndəsi Andrey Yusov “Hromadske” onlayn telekanalına bildirib. Onun sözlərinə görə, şəxsi heyət arasında itki yoxdur.

O, xüsusi əməliyyatın Tarxankut ərazisində keçirildiyini və bütün tapşırıqların yerinə yetirildiyini vurğulayıb.

“Heyət arasında itki yoxdur”, – Yusov bildirib.

Eyni zamanda, Rusiyanın hökumətyönlü “Shot” telekanalı iddia edir ki, Olenevka kəndi yaxınlığında istirahət edən turistlərə atəş açıldıqdan sonra Ukrayna hərbçilərinin olduğu 4 qayıq məhv edilib.

“Krım.Realiya”nın Ukrayna kəşfiyyatındakı mənbələri gəmilərin və aviasiyanın iştirakı ilə döyüş faktını təsdiqləyib.

Rusiya hərbçiləri və Krımın hakimiyyət orqanları hələlik vəziyyəti şərh etməyiblər.

Basta