Əgər gənclər xaricə getmək üçün növbəyə durursa, deməli…
Vətən təkcə torpaq deyil… həm də üzərində yaşayan doğma bildiyin insanlardır…
Biz başqa bir ölkədə, təbiəti relyefi , havası,suyu kəndimizlə eyni olan bir kənddə yaşasaq belə yenə də qəribsəyirik. Niyə? Öz kəndində buraxdığın insanlar üçün darıxırıq, sıxılırıq,deməli Vətən həm də torpağın üzərində yaşayan, çalışan insanlardır.
Əgər bu ölkənin övladları müxtəlif yollarla xaricə getməyə cəhd edirsə, “green kart”lar üçün digər ölkələrin səfirliyində uzun illər növbəyə durursa…
Əgər bu insanların hüququ pozulursa, əgər bu ölkə insanı hər gün korrupsiyaya görə daha pis həyat şərtləri altında yaşamağa məcbur edilirsə, haqqlarını tələb edənin səsi həbslə susdurulursa, intihara əl atılırsa, yaxşı halda eşitməməzliyə uğrayırsa əgər bu insanın inkişaf etmiş və etməkdə olan ölkələrin insanı qədər öz ölkələrində azad, bir sözlə xoşbəxt deyilsə, deməli, Vətən tam azad deyil, deməli işğal davam edir.
Cəmaləddin Heybət