Müsavatda bayram tədbiri

Oktyabrın 17-də Müsavat Partiyasının qərargahında Azərbaycanda Müstəqilliyin Bərpası Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə istiqlalçı millət vəkilləri, Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, AXCP Ali Məclisinin sədri Nürəddin Məmmədli, Müsavat İcra Aparatının rəhbəri Gülağa Aslanlı, veteran müsavatçı Ağacavad Salamov çıxış ediblər. Toplantı sosial mediada canlı olaraq yayimlanıb:

32 il öncə -18 oktyabr 1991-ci ildə Azərbaycan parlamenti Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını qəbul edib.

Bu sənədlə Azərbaycan Respublikası 1918-20-ci illərdə mövcud olmuş və Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsi nəticəsində süqut etmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilib.

Konstitusiya Aktına görə, milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara tam bərabərlik təmin edilib.

 

30 il ərzində 18 oktyabr Dövlət Müstəqilliyi Günü kimi qeyd olunub. Ancaq 2021-ci ildə əlamətdar tarix Müstəqilliyin Bərpası Günü olaraq dəyişdirilib.

 

2006-cı ilədək 18 oktyabr iş günü deyildi.

Foto Zakir İsmayıl