ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir

ABŞ Dövlət Departamentinin məlumatına görə, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O’Brayen dekabrın 6-da Bakıya səfər edəcək.

Amerikanın Səsi xəbər verir ki, yüksək rütbəli amerikalı diplomat “ikitərəfli münasibətlərin möhkəmləndirilməsi” və “Ermənistan və Azərbaycan arasında sülhün dəstəklənməsi” ilə bağlı məsələləri müzakirə etmək üçün ölkə rəsmiləri ilə görüşəcək.

Yada salaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu yaxınlarda Ceyms O`Brayenin ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində  Qarabağla əlaqədar dinləmələr zamanı səsləndirdiyi bəyanatlara münasibət bildirərək, onları qərəzli və əsassız adlandırıb.

Basta