Müsavat Divanının gündəliyi

Yanvarın 22-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib. 

Müsavat Partiyası Xəzər və Səbail rayon təşkilatında ümumi yığıncağın keçirilirməsi və qurultaya nümayəndələrin seçilməsi haqda məlumat dinlənilib. Digər rayon təşkilatlarında iclasların keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. 

Müsavat başqanı Arif Hacılı partiyasının üzvü, qanunsuz olaraq həbs edilən Tofiq Yaqublunun işi üzrə son apelyasiya məhkəməsi haqda məlumat verib, onun hüquqlarının müdafiəsi istiqamətində tapşırıqlar verib. 

Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümü ilə bağlı yanvarın 30-da saat 14:00-da Müsavat Partiyasının qərargahında keçirilməsi nəzərdə tutulan Dəyirmi Masa, yanvarın 31-də saat 12:00-da isə Novxanıda keçirilməsi nəzrdə tutulan anım mitinqiniə hazırlıqlar müzakirə olunub. 

Sonda cari məsələlərə baxılıb.   

Basta