Aleksey Navalnı həbsxanada öldü – Rusiya Penitensiar Xidməti
Siyasətçi Aleksey Navalnı fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsindəki 3 saylı islah koloniyasında dünyasını dəyişib. Bu barədə Federal Penitensiar Xidmətin yerli idarəsi məlumat yayıb.
“3 saylı cəzaçəkmə müəssisəsində məhkum Navalnı A.A. gəzintidən sonra özünü pis hiss edib, dərhal huşunu itirib. Dərhal müəssisənin tibb işçiləri gəlib, təcili tibbi yardım briqadası çağırılıb. Bütün lazımi reanimasiya tədbirləri görülsə də, müsbət nəticə verməyib. Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbləri müəyyənləşdirilir”, – Penitensiar xidmətin məlumatda deyilir.
RT-dəki mənbənin məlumatına görə, Navalnının ölümünə səbəb qan trombu olub.
Fevralın 14-də siyasətçinin mətbuat katibi Kira Yarmış bildirib ki, Navalnı həbsdə olduğu müddətdə 27-ci dəfə cəza karsına göndərilib.
Aleksey Navalnının 47 yaşı var idi.
O Rusiya prezidenti Vladimir Putinin korrupsiya əməllərini araşdıran və onu ən sərt tənqid edən müxalifətçi idi.
Basta