Fevralın 19-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə Rusiya müxalifətinin lideri, həbsxana müəmmalı şəkildə vəfat etmiş siyasi məhbus Aleksey Navalnının xatirəsi yad edilib. .İclasda görülən işlər barədə məlumat dinlənilib. Həftə ərzində Müsavat Partiyasının Mingəçevir, Bərdə, Abşeron, Yasamal, Nizami və Nəsimi rayon təşkilatlarında ümumi yığıncaqlar keçirilib, qurultaya nümayəndələr seçilib..Fevralın 26 saat 14:00-da “Ana fəryadı” abidəsinin önündə Xocalı soyqırımı qurbanlarının yad edilməsi qərara alınıb.Ölkədə və regionda baş verən ictimai-siyasi hadisələr ətrafında fikir mübadiləsi aparılıb.