Oliqarxlar üçün güzəşt?

Ölkədə xalqın maraqlarına uyğun heç zaman hansısa yaddaqalan ucuzlaşma, güzəşt olmayıb.

Nə özümüzə aid olan neft-qaz satışında, nə də xaricdən gətirilən məhsullarda.

Məsələn, hansısa xaricdən alınan məhsulun aksiz vergisindən, gömrük rüsumundan azad olunması ona görə edilməyib ki, məhsul bazarda ucuz satılsln, vətəndaşın alıcılıq qabiliyyəti az da olsa artsın. Belə güzəştlər ediləndə də oliqarxların, özəl və dövlət şirkətlərinin maraqları üçün edilib.

Məsələn, 2 gün əvvəl xaricdən idxal olunan A-95 benzini üçün aksiz dərəcələri azaldılıb (hər tona görə 200 manatdan 1 manata endirilib) əlavə olaraq 15 faiz gömrük rüsumu da ləğv edilib.

Bu dəyişiklik A-95 in satış qiymətinə təsir edəcəkmi?

Etməyəcəksə, deməli bu dəyişiklik dövlət büdcəsi hesabına kimlərinsə hər ton benzinə görə 200 manat və idxal olunan məhsuldan tutulan 15 faiz gömrük rüsumu qədər əlavə varlanması üçün edilib.

Yazı Səxavət Soltanlının feysbuk səhifəsindən götürülüb.