Qara dənizdə Rusiyanın daha bir gəmisi vuruldu – Video
Martın 5-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Qara dənizdə “Sergei Kotov” patrul gəmisini vurub. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) mətbuat xidməti məlumat yayıb.
“Meduza”nın məlumatına görə, hücum Kerç boğazının yaxınlığında “Maqura V5” dəniz dronu vasitəsilə həyata keçirilib. Gəminin arxa, sağ və sol tərəfləri zədələnib.
Yayılan video görüntülərdə gəmidəki hərbçilərin avtomat silahla dəniz dronunu məhv etməyə çalışdıqları, lakin sonda atəş açılan yerdə partlayışın baş verdiyi görünür.
Ekipajın taleyi naməlum olaraq qalır. Rusiyanın “Two Majors” hərbi teleqram kanalı iddia edir ki, “ekipaj sağdır, evakuasiya edilib”, lakin yaralılar var.