Azərbaycan hakimiyyəti Bakıdakı Rus Evini bağlanması ilə bağlı xəbərdar edib

Azərbaycan hakimiyyəti Bakıdakı Rus Evini bağlanması ilə bağlı xəbərdar edib. “Report” agentliyi mənbələrə istinadən xəbər verir ki, Bakıdakı Rus Evini idarə edən “Rossotrudniçestvo” Azərbaycan hakimiyyətindən fəaliyyətini dayandırmaq barədə rəsmi bildiriş alıb.

Anoloji qərar ABŞ Beynəlxalq İnkişaf Agentliyinə (USAID) münasibətdə də qəbul edilib.

“Azərbaycan özü donora çevrilib və kənar yardıma ehtiyac duymur, xüsusən də bu, qeyri-şəffaf sxemlər əsasında və strukturu açıq-aşkar kəşfiyyat xarakterli təşkilatlar vasitəsilə həyata keçirilirsə”, – deyə mənbələr bildiriblər.

Yanvarın sonunda BakuTV Rusiya xüsusi xidmət orqanlarının Bakıdakı Rus Evinin pərdəsi altında işlədiyini bildirib. Bundan sonra Azərbaycan səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və onlar öz narazılıqlarını bildiriblər.

“Meduza” xəbər verir ki, “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov Azərbaycan Xarici İşlər Nazirliyinin Bakıdakı Rus Evinin hüquqi şəxs kimi qeydiyyatı olmadığına görə fəaliyyətini dayandırmağa çağırdığını təsdiqləyib. O, bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi Rusiya Evi ilə “vəziyyəti həll etməyə çalışır”. Onun sözlərinə görə, “Rus evi” icarəyə götürdüyü binanı ay yarım ərzində boşaltmağa məcbur olub, çünki sahibi təcili satmaq niyyətində olduğunu bildirib.

Basta