Tramp Rusiya üçün nə edə bil(ər)məz?
Kamran Cəfərov
Trampın Rusiya üçün edə biləcəyi və edə bilməyəcəklərini müəyyənləşdirməliyik.
Edə bilər:
– Tramp Putinlə razılaşma çərçivəsində münaqişənin dondurulmasına nail ola bilər.
– Tramp ABŞ-ın Ukraynaya hərbi yardımını tamamilə dayandıra bilər.
– Tramp müəyyən müddətə Ukraynanın NATO üzvlüyə doğru yolunu kəsə bilər.
-Tramp Putinlə birlikdə Ukraynada gələcəkdə yumşaq Gürcüstan ssenarisini həyata keçirməyə kömək edə bilər. Yəni hakimiyyətdə ruslara nisbətən loyal qüvvənin gəlməsi nəzərdə tutulur. Lakin seçkilərdə həlledici söz Ukrayna xalqına məxsusdur.
* Ona görə hal-hazırda diplomatik danışıqların əsas mövzularından biri Ukraynada prezident seçkilərinin keçirilməsidir.
Edə bilməz:
– Tramp Rusiyaya qarşı bütün sanksiyaları birdən ləğv edə bilməz.
– Tramp Ukraynanın Avropa İttifaqına üzvlük prosesini dondura bilməz.
– Tramp Ukraynanı Belarusa çevirə bilməz, çünki Ukrayna 3 illik müharibə ərzində müttəfiqlərinin köməyi ilə öz dövlətçiliyini qoruya bilib.
– Tramp Avropanın Ukraynaya hərbi yardımını dayandıra bilməz.
– Tramp Avropanın Ukraynada gələcəyin müdafiə-sənaye kompleksini qurmasına mane ola bilməz.
– Tramp Rusiyanın itirilmiş neft və qaz bazarlarını, xüsusilə Avropadakı bazarlarını geri qaytara bilməz.
– Tramp Finlandiya və İsveçin NATO-ya üzv olmasını ləğv edə bilməz.
– Tramp Rusiyanın Suriyadakı məğlubiyyətini və Mərkəzi Asiya və digər regionlarda təsirini itirməsini geri ala bilməz. Artıq bu yerlər başqaları tərəfindən tutulub.