Nemət Kərimli amerikalı hüquq müdafiəçiləri ilə görüşüb

Fevralın 27-də vəkil Nemət Kərimli ABŞ-da fəaliyyət göstərən Dini Etiqad Azadlığı Komissiyasının üzvləri ilə görüşüb.

ABŞ səfirliyində baş tutan görüşdə Azərbaycanda dini azadlıqlar və insan hüquqlarının durumu mövzusunda fikir mübadiləsi aparılıb.

Bu qurum müstəqil təşkilat olaraq ABŞ Konqresi ilə dini etiqad azadlıqları üzrə məsləhətçi orqan olaraq əməkdaşlıq edir.