Elmar Hüseynov anıldı

Bu gün, martın 2-də mərhum jurnalist, “Monitor” jurnalının əfsanəvi baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən 20 il ötür. Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı bununla əlaqədar Elmar Hüseynovun məzarını ziyarət ediblər.

Müsavat başqanı İsa Qəmbər və Məclisin sədri Arif Hacılı çıxış ediblər. Çıxışlarda qətlin sifarişçiləri və icraçılarının cəzalandırılması bir daha tələb edilib, həyatını itirən jurnalistlərə rəhmət oxunub, həbsdəki jurnalistlərin azadlığa buraxılması tələb edilib.

Allah rəhmət eləsin.