Tofiq Yaqublunun aclıq aksiyasına 7 nəfər qoşuldu

Tofiq Yaqublunun həbsxanada başlatdığı aclıq aksiyasına bu gün, aprelin 29-da 7 nəfər qoşuldu. Müsavatın qərargahında keçirilən aksiyaya qoşulanların siyahısı:

Ceyhun Novruzov (AXCP)
Natiq İsrafilli (Müsavat)
Hüseyn Məlik (ADR)
Zəkrulla Nağıyev (AXCP)
Təvəkkül Həsənov (AXCP)
İsmayəddin Qasımov (AXCP)
Rövşən Səfərov (AXCP)

Aksiyanın tələbi: Tofiq Yaqubluya və bütün siyasi məhbuslara azadlıq!

Tofiq Yaqublu aclıq aksiyasını artıq 29 gündür davam etdirir.