Əliyev və Paşinyanın görüşü başa çatdı

Bu bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

“İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. 

Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. 

Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.
 
Azərbaycan Respublikasının prezidenti və Ermənistan Respublikasının baş naziri Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər”,-məlumatda deyilir.

***

Ermənistan XİN Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüşlə bağlı məlumat yayıb.

“Qafqazinfo”nun məlumatına görə, açıqlamada qeyd olunub ki, dövlət başçıları sərhədlərin delimitasiyası prosesində irəliləyişlərin olduğunu bildiriblər və bu istiqamətdə işlərin davam etdirilməsi ilə bağlı müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.

“İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin müzakirəsi üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda nəticəyönümlü dialoqun davam etdirilməsi qərara alınıb”, – XİN-dən bildirilib.